Xəzər Xəbər

Pakistanın keçmiş baş nazirinə qarşı yeni ittiham irəli sürülüb

Dünya | 15:29 • 19 Oktyabr 2017
Pakistanın keçmiş baş nazirinə qarşı yeni ittiham irəli sürülüb

Pakistan məhkəməsi keçmiş baş nazir Nəvaz Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürüb.

"Report” TASS-a istinadən xəbər verir ki, onların heç biri özlərini təqsirli bilməyib.

Qeyd edək ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013--2017-ci illərdə) Pakistanın baş naziri olub. Bu ilin iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib.

Xəbər lenti