Xəzər Xəbər

Kərkük yağışdan çıxdı, yağmura düşdü : Xamneyinin şəkilləri asıldı

Dünya | 14:25 • 19 Oktyabr 2017
Kərkük yağışdan çıxdı, yağmura düşdü :

İraq ordusu və İranmeyilli terror qruplaşması "Həşdi Şəbi” tərəfindən tutulan Kərkükə İranın dini lideri Əli Xamneyinin şəkilləri asılıb.

Bu haqda xarici KİV-lər məlumat yayıb.

Hətta iş o yerə çatıb ki, yerli türkmən deputatların da üzv olduğu Kərkük Vilayət Məclisinə də Xamneyinin fotoları asılıb.

Kərkük valisi isə şəhərdən çıxıb. Hazırda şəhərə "Həşdi Şəbi” üzvləri nəzarət edir.

Bu arada Tələbaninin partiyası olan Kürdüstan Vətənpərvərlər Birliyi İraq qanunları ilə icra hakimiyyəti orqanlarının kürdlərə verilməli olduğunu, "Həşdi Şəbi”nin hakimiyyəti mülki idarəetməyə verməli olduğunu açıqlayıb.

Xəbər lenti