Xəzər Xəbər

BMT İraq hakimiyyətini və kürdləri dialoqa çağırdı

Dünya | 10:05 • 19 Oktyabr 2017
BMT İraq hakimiyyətini və kürdləri dialoqa çağırdı

BMT Təhlükəsizlik Şurası İraqın Kərkük vilayətindəki vəziyyətlə bağlı narahatlığını ifadə edib.

TASS-ın məlumatına görə, BMT TŞ tərəfləri fikir ayrılığını konstitusiya yolu ilə həll etməyə çağırıb.

Təhlükəsizlik Şurası İŞİD-ə qarşı mübarizədə səylərin davam etdirilməsinin vacibliyini bildirib, İraqda tərəflər arasında dialoqun qurulması üzrə BMT-nin səylərini dəstəkləyib.

Xəbər lenti