Xəzər Xəbər

Çexiyada 7 minə yaxın həkim tətil edir

Dünya | 17:54 • 18 Oktyabr 2017
Çexiyada 7 minə yaxın həkim tətil edir

Çexiyada yeddi minə yaxın həkim əmək haqlarının artırılması tələbi ilə birgünlük tətil elan edib.

Trend-in məlumatına görə, həkimlər həmçinin onların inzibati öhdəliklərinin azaldılmasını tələb edir. Həkimlərlə həmrəylik olaraq 400-ə yaxın aptek də yarım saat müddətinə işini dayandırıb.

Tibb işçiləri gün ərzində yalnız təcili yardım üçün işi bərpa edə biləcəklərini bəyan ediblər.

Xəbər lenti