Xəzər Xəbər

Ukrayna Rusiya ilə daha bir hərbi müqaviləni ləğv etdi

Dünya | 16:14 • 18 Oktyabr 2017
Ukrayna Rusiya ilə daha bir hərbi müqaviləni ləğv etdi

Ukrayna Nazirlər Kabineti Rusiya hökuməti ilə imzalanmış hərbi təyinatlı məhsulların istehsalında iştirak edən təşkilat və xüsusi müəssisələrin mühafizəsi haqqında müqavilənin fəaliyyətini dayandırıb.


"Report” xəbər verir ki, bu qərar Ukrayna hökumətinin oktyabrın 18-də keçirilən iclasında qəbul olunub.


Sənəd 2000-ci il dekabrın 21-də Moskvada imzalanıb və 2005-ci il martın 4-də qüvvəyə minib.


Qeyd edək ki, cari ilin avqustunda Ukrayna Nazirlər Kabineti Rusiya ilə hərbi təyinatlı məhsulların üçüncü dövlətə ixracı haqqında hökumətlərarası razılaşmanın da fəaliyyətini dayandırmışdı.

Xəbər lenti

Çox oxunanlar