Xəzər Xəbər

“Türkiyə boyun əyməz!” – Çavuşoğlu ABŞ-ın irəli sürdüyü şərtləri rədd etdi

Dünya | 15:56 • 18 Oktyabr 2017
“Türkiyə boyun əyməz!”

ABŞ ilə Türkiyə arasında baş verən viza böhranını həll etmək üçün iki gün əvvəl ABŞ Dövlət Departamentindən nümayəndə heyəti gəlmişdi.

Dövlət katibi müavininin köməkçisi Conatan Kohen rəhbərliyində heyət Türkiyə XİN-də görüşü keçirib.

ABŞ danışıqlar zamanı vizaların verilməsi üçün Türkiyəyə 4 şərt irəli sürüb. Ancaq Türkiyə diplomatik mənbələri danışıqlarda əvvəlcə irəli sürülən şərt tələblərini qəbul etmədiklərini bildirib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ ilə aparılan danışıqlar haqda bəyanat yayıb:

"Türkiyə məcburiyyətlərə boyun əyməz. Bizim maraqlarımıza zidd gələn şeyləri qəbul etmərik. Şərtlər nə olursa olsun bir şəxs cinayət törədibsə, bu bizim əlimizdə deyil. Hüquq lazım olanı edər. Viza böhranı bizim üçün əhəmiyyətisiz böhrandır”.

Xəbər lenti