Xəzər Xəbər

ABŞ "Green Card" üçün müraciətləri yenidən qəbul edir

Dünya | 15:43 • 18 Oktyabr 2017
ABŞ "Green Card" üçün müraciətləri yenidən qəbul edir

ABŞ yenidən"Green Card”viza lotereyası üçün müraciətlərin qəbuluna başlayır.

Bu barədə Oxu.Az"Amerikanın səsi”nə istinadən xəbər verir.

Məlumata əsasən, Diversity Visa Lottery 2019 –"Green Card" viza lotereyasının təşkilatçıları çərşənbə günü, oktyabrın 18-dənetibarən ərizələrin qəbuluna başlanılacağını bildiriblər.

"Texniki problemlər artıq aradan qaldırılıb, ərizə qəbulunun yeni tam dövrü 18 oktyabr 2017-ci il tarixində şərq standart vaxtı ilə saat 12:00-dan (Bakı vaxtı ilə 21:00) etibarən başlayacaq və cari ilin noyabrın 22-si şərq standart vaxtı ilə saat 12:00-a (Bakı vaxtı ilə 21:00) kimi davam edəcək”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, proqramın başlamasından qısa müddət sonra texniki problemlər yaranmışdı və verilmiş bütün ərizələr ləğv olunmuşdu.

Xəbər lenti