Xəzər Xəbər

Polşa Prezidenti Türkiyənin Aİ-yə qoşulmaq səylərini dəstəkləyir

Dünya | 13:36 • 18 Oktyabr 2017
Polşa Prezidenti Türkiyənin Aİ-yə qoşulmaq səylərini dəstəkləyir

Polşa Prezidenti Ancey Duda Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanla Varşavada görüşündə Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəklədiyini bəyan edib.

Polşa Prezidenti qeyd edib ki, Türkiyə neçə illərdir Avropa birliyinə qoşulmağa çalışır.

Ancey Duda deyib: "Ümidvaram ki, Türkiyə və Avropa İttifaqı eyni istiqamətdə hərəkət etmək cəhdini davam etdirəcək və bu ümumi cəhdin son nəticəsi Türkiyənin Aİ-yə üzvlüyü olacaq. Türkiyə çoxdandır ki, bu üzvlük barədə xahiş edir. Onun bu istiqamətdə səyləri formal baxımdan hələ 1963-cü ildə başlanıb”. (AZƏRTAC)

Xəbər lenti