Xəzər Xəbər

TƏBİİ FƏLAKƏT: 360 min ev işıqsız qaldı

Dünya | 13:01 • 17 Oktyabr 2017
TƏBİİ FƏLAKƏT:

İrlandiyada "Ofeliya" qasırğası nəticəsində 360 min ev işıqsız qalıb.

Meteoroloqlar Şimali İrlandiya və sahilyanı şəhərlərin sakinlərini ehtiyatlı olmağa, evdən çıxmamağa çağırıb. Məktəblər və əksər idarələr bağlanıb.

Qasırğadan iki nəfər ölüb. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün hərbçilər cəlb olunub./publika.az

Xəbər lenti