Xəzər Xəbər

Talibana əsir düşdüyü üçün ömürlük həbs oluna bilər

Dünya | 12:57 • 17 Oktyabr 2017
Talibana əsir düşdüyü üçün ömürlük həbs oluna bilər
Əfqanıstanın cənubunda 2009-cu ildə Talibana əsir düşən amerikalı hərbçi Boue Berqdal (Bowe Bergdahl) Şimali Karolina Məhkəsi tərəfindən ömürlük həbs edilə bilər. Buna səbəb serjant Berqdalın qanunu hərbi şəhərciyi tərk etdiyi üçün yaraqlılara əsir düşməsidir.

5 ildən sonra Quantanamo körfəzindəki Amerika dəniz bazasında saxlanılan 5 Taliban üzvünün sərbəst buraxılması qarşılığında əsirlikdən azad olan amerikalı hərbçi hərbi məhkəmə tərəfindən ömürlük həbs cəzası ala bilər. Fərarilik etdiyi üçün 5 ilə qədər həbs cəzası alması gözlənilən Boue Berqdalın düşmən qarşısında yanlış davranış nümayiş etdirdiyi üçün də ömürlük həbsə məhkum olunması gözlənilir./faktxəbər

Xəbər lenti