Avropa İttifaqı ilə
Ermənistan arasında imzalanacaq "Hərtərəfli və Genişləndirilmiş
Əməkdaşlıq Sazişi"nin mətni və sənədin qeyri-rəsmi variantı nəşr olunub.
357 səhifədən ibarət olan sazişin noyabrın sonunda Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı sammitində imzalanması planlaşdırılır.
"Məlumatlı Vətəndaşlar Birliyi" sözügedn sazişin bəzi detallarını mətbuat üçün açıqlayıb. Qeyd olunub ki, sənəd Avropa İttifaqı-Ermənistan
tərəfdaşlığının müxtəlif növlərini - siyasi, mülki, hüquqi, iqtisadi,
energetika, ekoloji, təhsil, mədəniyyət və digər sahələrdə, eləcə də bu
sahələrdə islahatlar və inkişafın aparılmasını nəzərdə tutur.
Saziş giriş və 8 hissədən ibarətdir.
1)
Məqsədlər və ümumi prinsiplər; 2) Siyasi dialoq və islahatlar: xarici
və təhlükəsizlik siyasəti sahəsində əməkdaşlıq; 3) Ədalət, azadlıq və
təhlükəsizlik; 4) İqtisadi əməkdaşlıq; 5) Əməkdaşlıq üzrə digər
siyasətlər; 6) Ticarət və ticarətlə bağlı məsələlər; 7) Maliyyə yardımı
və fırıldaqçılığa qarşı mübarizə və nəzarətlə bağlı müddəalar;
İnstitusional, Ümumi və Yekun müddəalar.
Sözügedən sənəddə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Sənəddə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Ermənistanın öhdəliyinin vacibliyi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə aparılan danışıqlar çərçivəsində mümkün qədər tez həllinin önəmli xüsusilə vurğulanıb. Həmçinin BMT
Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında müəyyən edilmiş məqsəd və
prinsiplər, xüsusilə, təhlükə təhdidinin və ya istifadəsinin qarşısının
alınması, dövlətlərin ərazi bütövlüyü və xalqların bərabər hüquqları, öz
müqəddəratını təyin etmək prinsipləri Avropa İttifaqının təsdiq edilmiş öhdəliyi ilə bağlı həll prosesinə əsaslanmalı olduğu vurğulanıb./azvision.az