Xəzər Xəbər

Putin Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edir

Dünya | 09:38 • 17 Oktyabr 2017
Putin Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edir

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Fərmana əsasən Şimali Koreyanı təmsil edən şəxslərlə elmi-texniki əməkdaşlıq dayandırılacaq. Əməkdaşlıq yalnız KXDR-nın nüvə və raket proqramlarının inkişafına yardım etmədiyi hallarda mümkün olacaq.

Putin, həmçinin Şimali Koreyaya məxsus gəmilərin Rusiyanın limanlarına girişini də yasaqlayıb.

Xəbər lenti