Xəzər Xəbər

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

Dünya | 09:32 • 17 Oktyabr 2017
Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb.

XəzərXəbər xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, qəbul edilmiş qərar Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti