Xəzər Xəbər

Ceyms Daymon "Bitcoin" ilə bağlı proqnozunu açıqladı

Dünya | 18:17 • 16 Oktyabr 2017
Ceyms Daymon "Bitcoin" ilə bağlı proqnozunu açıqladı

Ötən həftə 5,856 dollar səviyyəsinə yüksələn virtual valyuta "Bitcoin"in dəyəri 5,500 dollara enib.

İlin əvvəlindən dəyəri gah yüksəlib, gah da enən "Bitcoin" 480 faiz bahalaşıb. Virtual valyutaları tənqid edən "JPMorgan Chase & Co"nun rəhbəri Ceyms Daymon "Bitcoin"in etibarsız investisiya olduğunu deyir: "Əgər bu valyutalara investisiya edəcək qədər axmaqsınızsa,bunun nəticəsi sonda ağır olacaq".

Tədavüldə olan "Bitcoin"in həcminin 100 milyard dollara yaxınlaşdığını xatırladan C.Daymon "bu, son dərəcə kiçik rəqəmdir", - deyir: "Valyuta bazarında gündə 6 trilyon dollar dövr edir".

Xəbər lenti