Xəzər Xəbər

Portuqaliyada meşə yanğınları: 20 ölü

Dünya | 17:45 • 16 Oktyabr 2017
Portuqaliyada meşə yanğınları:

Portuqaliyada meşə yanğınları başlayıb.

Yanğınların söndürülməsinə 7 min yanğınsöndürən cəlb olunub. Yanğınlar səbəbindən 20-yə yaxın avtomobil yolu bağlanıb.

Təbii fəlakətin təhlükə yaratdığı rayonlardan yerli sakinlər təxliyə edilib. Mülki Müdafiə Xidmətinin məlumatına əsasən, ölkədə meşə yanğınları nəticəsində 20 nəfər həlak olub.

Xatırladaq ki, Portuqaliyanın müasir tarixində ən böyük meşə yanğınları bu ilin iyununda qeydə alınıb. İyunun 17-də başlayan yanğınlar nəticəsində 64 nəfər həlak olmuşdu. /azvision.az

Xəbər lenti