Xəzər Xəbər

Sinay yarımadasında Milli Bankın filialına hücum: üç polis həlak olub

Dünya | 17:25 • 16 Oktyabr 2017
Sinay yarımadasında Milli Bankın filialına hücum: üç polis həlak olub

Misir DİN-də yüksək rütbəli mənbə Sinay yarımadasının mərkəzində yerləşən Milli Bankın filialına terrorçuların hücumu barədə məlumat verib.


AZƏRTAC "Mena” İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bankın təhlükəsizlik xidmətinin dəf etdiyi hücum nəticəsində 3 polis nəfəri həlak olub, habelə bir neçə terrorçu məhv edilib. Qeyd olunur ki, terrorçular bank binasının ətrafında 5 partladıcı qurğu quraşdırıb. Qurğular mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Təhlükəsizlik qüvvələri terrorçuların axtarışını davam etdirir.


Bəzi KİV-lərin məlumatına görə, bu gün, həmçinin Al Ariş şəhərinin mərkəzində yerləşən xristian kilsəsini mühafizə edən polis postuna silahlı hücum olub. Polislə terrorçular arasında atışma baş verib. Ölənlər və yaralananlar barədə hələlik rəsmi məlumat yoxdur.

Xəbər lenti