Xəzər Xəbər

Polşa 9,2 milyard dollarlıq kreditdən imtina edir

Dünya | 14:43 • 16 Oktyabr 2017
Polşa 9,2 milyard dollarlıq  kreditdən imtina edir

Polşa hökuməti Beynəlxalq Valyuta Fondunun (BVF) 9,2 milyard dollarlıq kredit xəttindən imtina etmək niyyətindədir. Səbəb Polşa iqtisadiyyatının sabitləşməsidir.

Xezerxeber.az xarici mediaya istinadən məlumat verir ki, Polşanın maliyyə naziri Meteuş Moravetskinin "Twitter” hesabındakı şərhində ölkə iqtisadiyyatının yaxşı vəziyyətdə olduğundan BVF-nin kredit xəttindən imtina etdiyi deyilir.

Meteuş Moravetski bildirib ki, qərar vergi məlumatları, maktoiqtisadi parametrlər, büdcə sabitliyi və valyuta ehtiyatlarının analizi nəticəsində qəbul olunub.

Qeyd edək ki, yanvar ayında BVF-nin İcraiyyə Şurası Polşa üçün 8,2 milyard avro məbləğində ikiillik kredit razılaşmasını təsdiqləyib.

Xəbər lenti