Xəzər Xəbər

ABŞ nümayəndələri bu gün Ankaraya gəlir – Gərginlik

Dünya | 13:51 • 16 Oktyabr 2017
ABŞ nümayəndələri bu gün

ABŞ ilə Türkiyə arasında yaşanan viza böhranını aradan qaldırmaq üçün bu gün Vaşinqtondan olan nümayəndə heyəti Ankaraya gələcək.

Nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə nümayəndəsi Conatan Kohen rəhbərlik edir.

Səfər zamanı nümayəndə heyətinin Türkiyə Xarici işlər nazirinin müavini Əhməd Muxtar Gün ilə görüşəcəyi və iki ölkə arasındakı gərginliyi aradan qaldırmaq üçün danışıqlar aparacağı bildirilib.

Qeyd edək ki, Türkiyə polisinin Fətullahçı terror təşkilatı ilə əlaqədə ittiham olunan ABŞ-ın İstanbuldakı Baş konsulluğunun nümayəndəsi Mətin Topuzu həbs etməsi iki ölkə arasında gərginliyə səbəb olmuşdu./teleqraf.com

Xəbər lenti

Çox oxunanlar