Xəzər Xəbər

Türkiyədə 562 terrorçu məhv edilib, 609-u tutulub - Xalqın dəstəyi ilə

Dünya | 13:17 • 16 Oktyabr 2017
Türkiyədə 562 terrorçu məhv edilib, 609-u tutulub -

Türkiyədə xalqın terrorçuluğa qarşı mübarizəyə dəstəyi nəticəsində 562 terrorçu məhv edilib, 609-u isə tutulub.

"Report” "Turkiyegazetesi”inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Terrorçular haqqında məlumat ötürənlərə 10 milyon 70 min lirə (4 milyon 690 min manat, yaxud 2 milyon 759 min dollar) məbləğində mükafat verilib.

Məhv edilən və tutulan terrorçular arasında PKK, FETÖ, İŞİD, DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası- Cəbhəsi), MLKP (Marksçı-Leninçi Kommunist Partiyası), "Əl-Qaidə", "Hizbullah"ın da üzvləri var.

Türkiyə Daxili İşlər Nazirliyi PKK, FETÖ, İŞİD, DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi), MLKP (Marksçı-Leninçi Kommunist Partiyası), "Əl-Qaidə", "Hizbullah" kimi 14 terror qruplaşmasının 727 terrorçusu pul mükafatı qarşılığında axtarılır. Onlar barəsində məlumat ötürənlərə veriləcək mükafatın məbləği 510 milyon (237 millyon 507 min manat, yaxud 139 milyon 685 min 350 dollar) lirədir.

Qeyd edək ki, terrorçular barəsində məlumata görə mükafatlandırma 2015-ci il avqustun 15-dən sonra həyata keçirilir.

Xəbər lenti