Xəzər Xəbər

Barselona Madridlə barışmaq istəyir

Dünya | 12:18 • 16 Oktyabr 2017
Barselona Madridlə barışmaq istəyir
Kataloniya rəhbəri Karles Pudçemon müstəqillik haqqında referendumdan sonra İspaniyanın baş naziri Mariano Raxoya regiondakı vəziyyətlə əlaqədar dialoqa başlamağı təklif edib. Bu barədə "Pais" qəzeti yazıb.

Buna qədər İspaniyanın Nazirlər Kabineti oktyabrın 11-də Kataloniya hakimiyyətinə müstəqilliklərinin elan olunmasına dair izahat istəyib. Karles Pudçemon həftənin birinci gününə qədər cavab verməlidir. Əgər cavab Madridi qane etməsə, onda hökumət cümə axşamı Konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq kataloniyaya qarşı tədbirlər görəcək./faktxəbər

Xəbər lenti