Xəzər Xəbər

Ordu Bərzaniyə qarşı hərəkətə keçdi Kərkükdə GƏRGİNLİK

Dünya | 10:24 • 16 Oktyabr 2017
Ordu Bərzaniyə qarşı hərəkətə keçdi

İraqın təhlükəsizlik qüvvələri Kərkük şəhərinin mərkəzində əməliyyata başlayıb.

Əməliyyat şəhərin mərkəzindəki "K 1” hərbi birləşməsi və neft quyularını Peşmərgənin əlindən almaq məqsədilə aparılıb.

Bu barədə İraq Kürd Muxtar Vilayətinin Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Bərzani ilə yaxın münasibətləri olduğu iddia edilən Kərkük qubernatoru Nəcməddin Kərim şəhəri təhlükəsizlik qüvvələrinə təslim etməyəcəklərini açıqlayıb. O, bütün xalqı küçələrə axışmağa çağırıb.

Əməliyyatdan qısa müddət sonra İraqın dövlət televiziyası ordu birləşmələrinin Kərkük bölgəsində geniş bir sahəni ələ keçirdiyini, kürd qüvvələri ilə hər hansı bir qarşıdurma yaşanmadığını xəbər verib./publika.az

Xəbər lenti