Xəzər Xəbər

Avstraliyanın yeganə avtomobil istehsalçısı fəaliyyətini dayandırır

Dünya | 17:24 • 15 Oktyabr 2017
Avstraliyanın yeganə avtomobil istehsalçısı fəaliyyətini dayandırır

Avstraliyanın yeganə avtomobil istehsalçısı olan "Holden” şirkəti oktyabrın 20-dən etibarən fəaliyyətini dayandırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil edilən mərasimdə iştirakçılar ABŞ-ın nəhəng "General Motors” şirkətinin filialı olan "Holden”ə ehtiramlarını bildiriblər.

Şirkətin istehsal etdiyi təqribən min avtomobil oktyabrın 15-də Avstraliyanın cənubunda yerləşən Adelaida şəhərinin küçələrini dolaşıb.

"Holden” şirkəti ilk avtomobilini 1917-ci ildə istehsal edib. Avstraliya dollarının möhkəmlənməsi və işçi qüvvəsinin bahalaşması səbəbindən şirkət istehsal xətlərini dayandırmaq barədə qərar qəbul edib. Bu qərar, əslində, Avstraliyada avtomobil istehsalı sənayesinin iflası deməkdir.

Ötən ilin oktyabrında ABŞ-ın digər avtomobil istehsalı şirkəti "Ford” da Avstraliyadakı istehsal xəttini bağlayıb. Oktyabrın əvvəlində isə Yaponiyanın "Toyota” şirkəti bu ölkədəki biznesini dayandırdığını elan edib.

Xəbər lenti