Xəzər Xəbər

Bolqarıstan mediası Rumen Radevin Azərbaycana səfərini geniş işıqlandırıb

Dünya | 14:39 • 15 Oktyabr 2017
Bolqarıstan mediası Rumen Radevin Azərbaycana səfərini geniş işıqlandırıb

Bolqarıstanın qabaqcıl KİV-ləri, qəzet və televiziyaları ölkə Prezidenti Rumen Radevin Azərbaycana səfərini geniş işıqlandırıblar.

Məqalələrdə xalqlarımız və ölkələrimiz arasında sıx münasibətlərin olduğu, siyasi dialoqun səviyyəsinin əməkdaşlığın inkişafı üçün yaxşı şərait yaratdığı qeyd edilir. Bildirilir ki, iki ölkə arasında daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Həmçinin TANAP və TAP layihələrinə də xüsusi yer ayrılıb. Məqalə müəllifləri Bakı ilə Sofiya arasında birbaşa uçuşların həyata keçirilməsinin ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcəyini bildiriblər. (AZƏRTAC)

Xəbər lenti