Xəzər Xəbər

Xəzərdə gəmiçilik məsələləri müzakirə olunur - Türkmənistanda

Dünya | 14:37 • 15 Oktyabr 2017
Xəzərdə gəmiçilik məsələləri müzakirə olunur -

Bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Xəzəryanı ölkələrin dəniz limanı administrasiyalarının rəhbərlərinin 8-ci iclası başlayıb.

APA-nın "turkmenistan.ru” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan təmsilçiləri Xəzərdə gəmiçilik sahəsində əməkdaşlığın inkişafı, dəniz yüklərinin daşınması, təhlükəsizliyin təmin edilməsi, liman infrastrukturunun inkişafı, logistik informasiyaların mübadiləsi, dəniz mühitinin qorunması və digər məsələləri müzakirə edirlər.

Görüşün sonunda Xəzərdə gəmiçiliyin və liman strukturunun inkişafı ilə bağlı protokol imzalanması nəzərdə tutulur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti