Xəzər Xəbər

Somalidə partlayış: 85 nəfər ölüb

Dünya | 14:27 • 15 Oktyabr 2017
Somalidə partlayış: 85 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda baş verən partlayışda ölənlərin sayı 85-ə yüksəlib, 250 nəfər isə yaralanıb.

Xezerxeber.az RİA Novostiyə istinadən xəbər verir ki, ölkədə üç günlük matəm elan olunub.

Qeyd edək ki, ötən gün şəhərin küçələrindən birində partlayıcı maddə dolu yük maşını partladılıb. Yerli mətbuat isə iki avtomobilin partladıldığını bildirir. Əvvəlcə 40 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

Xəbər lenti