Xəzər Xəbər

Razılıq əldə edilmədən “Brexit” Britaniya üçün ağır nəticələr verəcək - Hilari Klinton

Dünya | 12:35 • 15 Oktyabr 2017
Razılıq əldə edilmədən “Brexit” Britaniya üçün ağır nəticələr verəcək -

Avropa İttifaqı (Aİ) ilə heç bir razılıq əldə etmədən "Brexit” baş verərsə, bu, Birləşmiş Krallıq üçün ciddi risk deməkdir və nəticələri ağır ola bilər.

Bu fikirləri ABŞ-ın sabiq xarici işlər naziri Hilari Klinton "BBC” telekanalına "Brexit” ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, Aİ ilə razılığa gəlməmək, ittifaq üzvləri ilə ticarətdən məhrum olmaq deməkdir. Bundan başqa, ölkə biznes sahəsində də ciddi təzyiqlər ilə üzləşəcək, bu isə iqtisadi sosial sistemin pozulmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Hilari Klinton dünyada uşaqların hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətinə görə "Swansea” Universitetinin fəxri diplomuna layiq görülüb və bu münasibətlə Britaniyada səfərdədir.

Xəbər lenti

Çox oxunanlar