Xəzər Xəbər

ABŞ-da atışma zamanı polis əməkdaşı öldürülüb

Dünya | 11:18 • 15 Oktyabr 2017
ABŞ-da atışma zamanı polis əməkdaşı öldürülüb

Amerikanın Yeni Orlean şəhərində baş verən atışma zamanı polis əməkdaşı qətlə yetirilib.

"Report” ABC-ə istinadən xəbər verir ki, o, həmkarları ilə birgə çağırıldığı hadisə yerinə gələn zaman güllələnib.

Digər polis əməkdaşları nəməlum şəxsə cavab atəşi açıblar.

Telekanalın məlumatına görə, asayiş keşikçilərinə silahlı hücumdan sonra öz evində gizlənməyə cəhd göstərən cani sonda xüsusi təyinatlılara təslim olub. Bu şəxs əvvəllər məhkumluğu olan şəxs olub.

Xəbər lenti