Xəzər Xəbər

Kaliforniyada baş vermiş yanğın 2 milyard dollar ziyan vurub

Dünya | 10:03 • 15 Oktyabr 2017
Kaliforniyada baş vermiş yanğın 2 milyard dollar ziyan vurub

Kaliforniyada meşə yanğınları davam edir.


Yerli mətbuat bildirir ki, meşə yanğınlarında 40-a yaxın insan həlak olub, 400-dən çox adam itkin düşüb.


Əyalətdə 17 nöqtədə baş verən yanğınlarda 3500 ev və ofis zərər görüb, 647 kvadrat kilometr meşə ərazisi yanaraq kül olub. Bölgədən 5 min sakin məcburi şəkildə təxliyə edilib.


Qeyd edək ki, ABŞ-da bu il ərzində baş verən meşə yanğınları 2 milyard dollar məbləğində maddi ziyan vurub. Bu, indiyədək, yanğınlar nəticəsində dəyən ən böyük zərərdir.

Xəbər lenti