Xəzər Xəbər

Şimali Koreya: “Bizə maneçilik törədən bütün düşmənləri məhv etməyə hazırıq”

Dünya | 09:37 • 15 Oktyabr 2017
Şimali Koreya: “Bizə maneçilik törədən bütün düşmənləri məhv etməyə hazırıq”

Şimali Koreya ölkənin dinc həyat sürməsi yolunda ona əngəl yaradacaq bütün düşmənləri məhv etməyə hazırdır.


RİA "Novosti” xəbər verir ki, bu barədə jurnalistlərə Parlamentlərarası Birliyin assambleyası çərçivəsində Şimali Koreya nümayəndə heyətinin başçısı, ölkə parlamentinin vitse-spikeri An Don Çxun deyib.


"Bizim ölkə istəyir ki, dinc gələcəyimiz olsun. Bu səbəbdən, bu yolda bizə maneçilik törədən bütün düşmənləri məhv etməyə hazırıq", - deyə o əlavə edib.


Şimali Koreya nümayəndəsi digər suallara cavab verməkdən imtina edib. O, Sankt-Peterburqa şəhəri seyr etməyə və şəkillər çəkməyə gəldiyini deyib.

Xəbər lenti