Ermənistan ordusunda hərbçilər arasında kütləvi dava olub.
Bir qrup hərbi qulluqçu hərbi hissəni
qanunsuz tərk edərək "Marşal Bağramyan” adına təlim mərkəzinə daxil
olub. Təlim mərkəzində hərbi qulluqçular arasında yaranan münaqişə
nəticəsində, iki nəfər bədən xəsarətləri alıb. Hazırda, cinayət işi
Üçmüədzin rayon məhkəməsinə göndərilib.
Məlumata görə, Araqatsnot vilayətinin Araqatsavan kənd sakini Ermənistanda
yerləşən hərbi hissələrin birində tağım komandiri kimi xidmət edən, baş
leytenant Hrant Yeğiazaryana qarşı ittiham irəli sürüb. İttihamda,
onun, 24 aprel 2017-ci ildə öz hərbi geyimini keçmiş hərbiçi yoldaşından
götürmək məqsədilə, həmkəndlisi Smbat Mkrtçyanla birgə maşınla qanunsuz
olaraq "Marşal Bağramyan” adına təlim mərkəzinə daxil olması
bildirilir.
Bundan əlavə, Hrant Yeğiazaryanın sözügüdən təlim mərkəzi ərazisində həmin hərbi hissənin baş giziri Arman Sarkisyanla mübahisə edib. Mübahisə zamanı, Yeğiazaryan baş gizirə bədən xəsarətləri yetirərək, ona qarşı fiziki zorakılıq tətbiq edib.
Baş
gizir də eynilə Hrant Yeğiazaryana qarşı zorakılıq tətbiq edib. Smbat
Mkrtçyanın isə, baş leytenant Hrant Yeğiazaryanla birgə maşınla qanunsuz
olaraq "Marşal Bağramyan” adına təlim mərkəzinə daxil olduğuna görə,
ittiham irəli sürülüb. Nəticədə, onların hər üçünə qarşı cinayət işi
açılıb./azvision.az