Xəzər Xəbər

Dünyanın ən bahalı malikanəsi SATILDI

Dünya | 14:23 • 14 Oktyabr 2017
Dünyanın ən bahalı malikanəsi

Dünyanın ən bahalı malikanəsi satılıb.

Fransanın cənubundakı Saint-Jean-Cap-Ferrat sahilində yerləşən 187 yaşlı Les Cedres malikanəsi dünyanın ən bahalı yaşayış yeri olaraq 410 milyon dollara satılıb.

800 kvadrat metrlik villa 14 min müxtəlif bitki növü olan bağ, Athenanın bürünc heykəlləri və 300 yaşlı zeytun ağacları ilə 35 hektar ərazidə yerləşir. Daxili dizayn olduqca möhtəşəmdir. Villada bahalı masalar və 3 min kitab olan bir kitabxana var./cebhe.info

Xəbər lenti