Xəzər Xəbər

ABŞ İranla nüvə razılaşmasından imtina etməyəcək

Dünya | 10:02 • 14 Oktyabr 2017
ABŞ İranla nüvə razılaşmasından imtina etməyəcək

Birləşmiş Ştatlar İranla əldə olunan nüvə razılaşmasından imtina etmir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert "Twitter” səhifəsində yazıb.

"Televiziya manşetlərinə aldanmayın. Biz İranla əldə olunan nüvə razılaşmasından imtina etmirik. Eyni zamanda İranın terror fəaliyyətini qiymətləndirmək üçün yanaşmamızı genişləndiririk”, - H.Noyert vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə razılaşmasından çıxacağını istisna etməyib.

Xəbər lenti