İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın verdiyi açıqlamalara münasibət bildirib.
Ruhani ABŞ prezidenti Donald Trampın
Fars Körfəzini Ərəb Körfəzi adlandırmasını tənqid edib və deyib ki,
D.Trampın çıxışı küfr və ittihamdan başqa bir şey deyil: "Mən onu
tarixi, həm də coğrafiyanı bir dəfə də oxumağa dəvət edirəm. O, həmçinin
beynəlxalq öhdəlikləri və ədəb qaydalarını öyrənsin”.
H.Ruhani İslam
İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) dəstəkləyib və deyib ki, SEPAH
güclü bir qüvvədir və xalq həmişə onun yanındadır: "Açıq şəkildə deyirəm
ki, biz terrorun qarşısında durmuşuq və durmağa davam edəcəyik”.
H.Ruhani bildirib ki, ABŞ-ın məqsədi İranda iqtisadiyyat və investisiyaya ziyan vurmaq və Hərtərəfli Birgə Fəaliyyət Planının pozulmasına nail olmaqdır.
"Siz İranın
raketlərinə görə narahatsınız? Siz bu regionda həmişə təcavüzkar
olmusunuz. Bizim raketlərimiz özünümüdafiə üçündür. Daim müdafiə üçün
qətiyyətli olmuşuq, bu gün həmişəkindən daha da çox silah istehsal etmək
üçün çalışacağıq. İran bundan sonra öz raket istehsal proqramın daha da gücləndirəcək.İrana silah sırf müdafiə üçün lazımdır”, - deyə H.Ruhani bildirib. (APA)