İstanbulda naməlum şəxsin məktəbdən çıxan şagirdlərə ov tüfəngi ilə atəş açması nəticəsində yaralanan şagirdlərdən biri ölüb.
"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hücumu həyata keçirən şəxs daha sonrabiləklərini kəsərək intihara cəhd göstərib.
Şübhəli polislər tərəfindənsaxlanılıb.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
*** 17:46
İstanbulun Pendik rayonunda naməlum şəxsin məktəbə daxil olaraq açdığı atəş nəticəsində 3 şagird yaralanıb.
"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, şagirdlərə atəş açdıqdan sonra intihara cəhd edib.
Faktla bağlı araşdırma aparılır.