Xəzər Xəbər

Tramp qonşumuza hücum PLANINI AÇDI: 5 bəndlik STRATEGİYA REALLAŞIR

Dünya | 14:58 • 13 Oktyabr 2017
Tramp qonşumuza hücum PLANINI AÇDI:

Ağ Ev ABŞ prezidenti Donald Trampın İran üzrə yeni strategiyasının əsas müddəalarını elan edib.

"Röyters” agentliyi xəbər verir ki, yeni strategiyanın hədəfi İranın Yaxın Şərqdə təcavüzünün və stabilliyi pozan hərəkətlərinin qarşısını almaqdır.

Sənədin birinci bəndində qeyd edilir ki, İran barəsində Birləşmiş Ştatların yeni strategiyası İran hökumətinin stabilliyi pozan hərəkətlərinin neytrallaşdırılmasına yönəldilib. Bu hərəkətlərin xüsusən, terrorizmə və döyüşçülərə verilən dəstəkdən ibarət olduğu deyilir.

İkinci bəndinə görə, regionda güc balansının bərpası üçün ənənəvi ittifaqlar və regional əməkdaşlıq canlandırılacaq.

Yeni strategiyanın üçüncü bəndində, İran İslam İnqilabı Keşikçilər Korpusuna ("Sepah”) qarşı addımlar nəzərdə tutulur.

Qalan iki bənddə ABŞ və onun müttəfiqlərinin İranın ballistik raketlər və başqa asimmetrik silahlardan müdafiəsi və nüvə silahının hazırlamasının qarşısının alınması üçün görüləcək tədbirlər yer alıb.

Daha əvvəl Ağ Evdən bildirilib ki, ABŞ prezidenti Donald Tramp yerli vaxtla 12:45-də bəyanatla çıxış edərək İranla bağlı ABŞ-ın yeni strategiyasını açıqlayacaq. Bəzi mənbələrə görə, İranla müqaviləni "ABŞ tarixinin ən pis razılaşması” adlandıran Donald Tramp ABŞ-ın müqavilədən geri çəkiləcəyini elan edəcək.

Qeyd edək ki, Donald oktyabrın 7-də Ağ Evdə yüksək vəzifəli ordu komandirləri ilə görüşündə İran və Şimali Koreya mövzular üzrə müzakirə aparıb. Tramp İranın da nüvə silahına sahib olmasına icazə verməyəcəklərini ifadə edib:

"İran terroru dəstəkləyir və Yaxın Şərqə xaos ixrac edir. İranın bu təcavüzkarlığına və nüvə silahına olan ehtirasına son qoymalıyıq. İmzaladıqları razılaşma qaydalarına riayət etmədilər”.

Tramp qeyd edib ki, ABŞ-ın milli maraqlarını baltalayan bütün güclər çoxdan məhv edilməli idi.

"Amma bu işi görmək mənə qalıb”, - o söyləyib.

ABŞ prezidentinin fırtına xəbərdalığı etməsi də diqqətdən qaçmayıb.

"Bunun nə anlama gəldiyini bilirsinizmi? Bəlkə də fırtına öncəsi səssizlikdir”, - Ağ Evin sahibi deyib.

Jurnalistlərdən biri bu sözlərin hansı anlam daşıdığını soruşub.

"Görəcəksiniz”, - Tramp qısa cavab verməklə kifayətlənib.

Ekspertlərə görə, söhbət çox güman ki, ABŞ-ın İranla nüvə razılaşmasından geri çəkilməsindən gedir.

Qeyd edək ki, Donald Trampın fikirlərinə İranın cavabı gecikməyib. ABŞ-a xəbərdarlıq edən prezident Həsən Ruhani bildirib ki, ABŞ müqaviləni pozsa, bütün dünya İranı deyil, ABŞ-ı tənqid edər.

İranla "altılıq" ölkələri arasında nüvə anlaşması 2015-ci ilin iyulunda imzalanıb. Sənədə əsasən sanksiyaların ləğvi müqabilində rəsmi Tehran nüvə proqramını məhdudlaşdırmalıdır./publika.az

Xəbər lenti