Xəzər Xəbər

Çin terrorçularla mübarizə üçün effektiv lazer silahı hazırlayıb

Dünya | 14:40 • 13 Oktyabr 2017
Çin terrorçularla mübarizə üçün effektiv lazer silahı hazırlayıb

Çinin "Hongfeng” kompaniyası terrorçularla və ekstremist qrupların üzvləri ilə mübarizə üçün nəzərdə tutulan lazer silahı hazırlayıb. O, 200 metr məsafədəki hədəfləri effektiv məhv edə bilir.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, lazer silahı ilk dəfə ölkənin mərkəzində yerləşən Hubey əyalətində xüsusi təyinatlı dəstələrin terror əleyhinə təlimlərində Çinin aerokosmik elm və sənaye korporasiyası tərəfindən nümayiş olunub.

"Lazer silahı digər vasitələrlə müqayisədə düşməni yüksək sürət və dəqiqliklə məhv edir. O, səssizdir və atəş zamanı işıq saçmır”, - deyə jurnalistlərə müsahibəsində mühəndis-konstruktor Yan Açje bildirib.

Onun sözlərinə görə, yeni silah atəş açdığı zaman təpmə impulsu vermədiyi üçün istifadəsi rahatdır. Lazer silahından Çin Kommunist Partiyasının oktyabrın 18-də Pekində keçiriləcək 19-cu qurultayı zamanı iştirakçıların mühafizəsində istifadə olunacağı gözlənilir.

Xəbər lenti