Xəzər Xəbər

Azərbaycan vətəndaşı 200 akvarium balığını Moskvaya niyə aparırdı...

Dünya | 12:40 • 13 Oktyabr 2017
Azərbaycan vətəndaşı 200 akvarium balığını Moskvaya niyə aparırdı...

Belqorod vilayətinin "Nexoteyevka" beynəlxalq sərhəd buraxılış məntəqəsində Ukraynadan Rusiyaya qanunsuz akvarium balığı aparan azərbaycanlı saxlanılıb.


Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, balıqların bir hissəsi Xarkov sakininin avtomobilinin yük yerində aşkar edilib. O, polietilen paketlərdə 200 balığı Moskvaya aparırmış. Lakin onların lazımi baytarlıq sənədləri olmayıb.


O, özü isə Azərbaycan vətəndaşına məxsus avtomobillə balıqların izi ilə gedib. Həmin avtomobildə isə daha 50 belə balıq olub. Lakin həmin balıqların da heç bir veterinar sənədi olmayıb.


Rusiya Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxodnadzor”) balıqların sərhəddən keçirilməsinə icazə verməyib. Ona görə də, hər iki şəxs Ukraynaya qaytarılıb.

Xəbər lenti