Xəzər Xəbər

Tramp bu gün İranla bağlı strategiyasını elan edəcək

Dünya | 09:02 • 13 Oktyabr 2017
Tramp bu gün İranla bağlı strategiyasını elan edəcək

ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Vaşinqtonun İranla bağlı strategiyasına dair nitq söyləyəcək.

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.

Trampın İranla bağlanmış nüvə sazişinə dair qərarını elan edəcəyi gözlənilir.

"Prezident cümə günü saat 12.45-də (Bakı vaxtı ilə 20.45-də) strategiya ilə bağlı nitq söyləyəcək.

Sanders məsələ ilə bağlı təfərrüatların sonra elan ediləcəyini bildirib.

Xəbər lenti