Xəzər Xəbər

NASA: Marsa qadın-mutantlar gedəcək! – ŞOK QƏRAR

Dünya | 13:38 • 11 Oktyabr 2017
NASA: Marsa qadın-mutantlar gedəcək!

Mars ekspedisiyalarının ekipaj üzvlərinin genində dəyişikliklər etmək təklifi Londonda keçirilən innovasiyalar sammitində (Codex innovation summit) səslənib.

Bu təkliflə NASA-nın əsas texnoloqu Teryer Duqlas çıxış edib. O qeyd edib ki, yollayacaqları astronavtların DNT-lərinin dəyişdirilməsində hədəf Mars səthində onları kosmik radiasiyadan qorumaqdır.

Kosmik radiasiya əslində həqiqətən də çox təhlükəlidir - ondan müdafiə sistemi yaradılmamış planetlərarası səyahətlərə yola düşmək olmaz. Belə qəti fikrə Kaliforniya Universitetinin (University of California, Irvine) alimləri gəliblər. Onlar aydınlaşdırıb ki, yüksək enerji ilə yüklənmiş hissəciklərin axınları astronavtların beyinlərinə ciddi zərər vurmağa və onları ağıldan məhrum etməyə qadirdir.

Yer kürəsində bizi maqnit sahəsi qoruyur. Planetimizin yaratdığı müdafiə bir qədər yerətrafı sahəyə də uzanır, amma Marsa gedən yolda - açıq kosmosda - şüa tam gücü ilə yırtıcılıq edir. Yüksək şüanın təsir modelini NASA-nın radiasiya laboratoriyasında (Nasa Space Radiation Laboratory at New York's Brookhaven National Laboratory) sınaqdan keçiriblər. Yüksək enerji ilə yüklənmiş hissəciklərlə siçovulları "bombardman" edərək, alimlər müşahidə ediblər ki, şüa əsəb qəfəslərini dağıdır, ağıl zəifliyi və yaddaşın itməsinə gətirib çıxarır.

Bütün bunları nəzərə alaraq, Marsa sağlam, düşüncəli astronavtların çatması üçün NASA texnoloqları genetik səviyyədə qorunmuş mutantları göndərməyi təklif edir. Əgər Teryer Duqlasa inansaq, o zaman DNT-ni dəyişərək kosmik şüaların mümkün zədələrini aradan qaldıra biləcəklər. Bu baxımdan artıq müəyyən dərman preparatları da hazırlanıb ki, insan genlərində uyğun olan dəyişiklikləri edəcək və ümumiyyətlə orqanizmi xeyli gücləndirəcək.

Məlumat üçün bildirək ki, NASA-nın məxfi planlarını ekipaj üzvü Helen Şarmen bu yaxında mətbuata açmışdı. Plana görə, ilk Mars ekipajı qadınlardan ibarət olacaq. Deməli, qadınların genini dəyişərək, onlardan bir növ mutant yaradacaqlar ki, qonşu planetə sağ-salamat uçsunlar. Görünür təkcə gözəllik deyil, elm də qurban tələb edir./publika.az

Xəbər lenti