Xəzər Xəbər

Avropa ŞOKDA: Daha bir ölkə parçalanır

Dünya | 13:13 • 11 Oktyabr 2017
Avropa ŞOKDA:

İspaniyada Kataloniya muxtar vilayətindən sonra Avropada separatizm dalğası sürətlə yayılmaqdadır.

Şotlandiya Milli Partiyasının (SNP) sədr müavini Angus Robertson Şotlandiyanın Böyük Britaniyadan ayrılması üçün yeni bir referendumun keçiriləcəyini bildirib.

Partiya bu il ərzində keçirilən seçkilərdə Birləşmiş Krallığın parlamentində Şotlandiya üçün ayrılan 56 yerdən 31-ini qazanmağı bacarmışdı.

Xatırladaq ki, Şotlandiya 2014-cü ildə müstəqillik referendumu keçirib. Lakin əhalinin əksəriyyəti krallığın tərkibində qalmağa səs verib. Ancaq "Breksit”dən sonra Şotlandiyada müstəqillik tələbləri yenidən səslənməyə başlanıb.

Qeyd edək ki, Kataloniyada oktyabrın 1-də keçirilən referendumda əhalinin əksəriyyəti müstəqilliyə səs verib. Bundan ruhlanan Almaniyanın Bavariya Partiyası müstəqillik tələbi ilə çıxış edib. Adıçəkilən bölgə Almaniyadan ayrılaraq müstəqillik statusu qazanmaq istəyir./publika.az

Xəbər lenti