Xəzər Xəbər

Britaniyanın baş naziri Trampı İranla nüvə sazişini dayandırmamağa çağırıb

Dünya | 12:54 • 11 Oktyabr 2017
Britaniyanın baş naziri Trampı İranla nüvə sazişini dayandırmamağa çağırıb

Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidenti Donald Trampı İranla atom müqaviləsindən çəkilməkdən imtina etməsi üçün birbaşa söhbətdə razı salmağa çalışıb. Bu barədə İnterfaks xəbər yayıb. Məlumatda bildirilir ki, o, bunu regional təhlükəsizlik üçün həyati vacib olduğunu bəyan edib.

Mey danışıqlar zamanı monitorinqin və saziş əsasında vəzifələrin dəqiq yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Tramp yaxın zamanlarda ABŞ-ın İranla nüvə sazişini ləğv edəcəyini bildirmişdi. Dünyanın bir çox ölkələri Trampı bu addımdan geri çəkilməyə çağırıb.

BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Almaniyanın XİN rəhbəri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişini dayandırmaq barədə təhdidlərini sərt şəkildə tənqid edib. Şimali Koreya ilə cari münaqişəni nəzərə çatdıran alman nazir daha sonra deyib: "Əvvəllər bağlanan müqavilələrin sonra pozula biləcəyni görən hansı ölkə nüvə proqramından imtina edər?"

Buna qədər ABŞ-ın dövlət katibi Reks Tillerson da İranın Beynəlxalq vasitəçilərlə bağlanan nüvə proqramı barədə razılaşmaya əməl etdiyini bildirmişdi./faktxəbər

Xəbər lenti