Xəzər Xəbər

Meksikada həbsxanada qiyam: 13 məhbus həlak olub

Dünya | 11:40 • 11 Oktyabr 2017
Meksikada həbsxanada qiyam:

Meksikanın şimal-şərqindəki Kadereta şəhərində yerləşən həbsxanada baş verən qiyam zamanı 13 məhbus həlak olub.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, təqribən 30 nəfər yaralanıb.

Əvvəlcə münaqişə həbsxanadakı iki düşmən qruplaşma arasında yaşanıb və onlar kameralardan birində yanğın törədiblər. Ardından cinayətkarlar 3 mühafizəçini girov götürüblər. Məhbuslarla danışıqlar aparılsa da, bu, nəticə verməyib.

Bundan sonra hadisə yerinə təhlükəsizlik qüvvələrinin əməkdaşları gəlib və onlar üsyanı yatırdaraq girovları azad ediblər.

Xəbər lenti