Xəzər Xəbər

Rəsmi Vaşinqtondan Türkiyə açıqlaması: "Qərarı biz verdik, səfirimizlə qürür duyuruq"

Dünya | 10:15 • 11 Oktyabr 2017
Rəsmi Vaşinqtondan Türkiyə açıqlaması:

"Con Bass bizim ən yaxşı diplomatlarımızdan biridir. Türkiyədən qeyri-immiqrantların viza müraciətlərinin təxirə salınması qərarını Ağ Ev ilə razılaşdırılmış şəkildə alıb. Onun Türkiyədəki fəaliyyəti ilə qürur duyuruq"

Publika.az xəbər verir ki, bunu Vaşinqtonda keçirilən mətbuat konfransında ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert deyib.

Ağ Evin, Dövlət Departamentin qəbul etdiyi qərardan xəbərdar olduğunu dilə gətirən sözçü, 2014-cü ilin sentyabr ayından Türkiyədə səfir kimi fəaliyyətə başlayan Con Bassın yeni vəzifəyə təyin ediləcəyini deyib: "Con Bassın yaxın günlərdə Türkiyədən ayrılması və Əfqanıstanın paytaxtı Kabildə yeni vəzifəyə təyin ediləcəyi gözlənilir".

Son olaraq onu da qeyd edib ki, səfirlik əməkdaşının (Metin Topazın) həbs olunması ABŞ-ı çox narahat edir: "Türk hökumətinin hansı səbəblə belə bir addım atdığı bizi düşündürür. Bu məsələnin danışıqlar yolu ilə tez bir zamanda həll olması üçün onun vəkil ilə görüşünə icazə verilməlidir".

Xəbər lenti