Xəzər Xəbər

Daha bir ölkə referenduma hazırlaşır

Dünya | 09:26 • 11 Oktyabr 2017
Daha bir ölkə referenduma hazırlaşır

Son 3 həftədə İraqda və İspaniyada kürdlərin və katalonların müstəqillik referendumu keçirməsindən sonra, indi də Şotlandiya eyni addımı atmağa hazırlaşır.


"Qafqazinfo” bildirir ki, bu barədə Şotlandiya Milli Partiyasının (SNP) sədr müavini Anqus Robertson məlumat verib.


O deyib ki, yaxın zamanlarda Şotlandiyanın Britaniya Krallığından ayrılması üçün referendum keçiriləcək.


Xatırladaq ki, Şotlandiyada 2014-cü ildə də referendum keçirilmiş, seçicilərin çox hissəsi krallıqdan ayrılmağın əleyhinə səs vermişdi. Lakin ötən ildən etibarən Britaniyanın Avropa Birliyindən çıxmaq üçün başlatdığı "Brexit” proosesindən sonra Şotlandiyada referendum məsələsi yenidən gündəmə gəlib.

Xəbər lenti