Xəzər Xəbər

Misirdə 8 nəfər ölüm cəzasına, 50 nəfər isə ömürlük həbsə məhkum edilib

Dünya | 18:10 • 10 Oktyabr 2017
Misirdə 8 nəfər ölüm cəzasına, 50 nəfər isə ömürlük həbsə məhkum edilib

Qahirənin Cinayət Məhkəməsi 2013-cü ildə Helvan rayonundakı polis məntəqəsinə hücumla əlaqədar 8 nəfəri ölüm cəzasına, 50 nəfəri isə ömürlük həbsə məhkum edib.


AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, məhkum olunanlar terrorçuluqda, qəsdən adam öldürməkdə, dövlət və ictimai obyektlərə ciddi zərər vurmaqda, odlu silah və sursat saxlamaqda təqsirləndirilirlər.


Xatırladaq ki, Misir Prezidenti Məhəmməd Mürsi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra 2013-cü il avqustun 14-də Qahirənin mərkəzi meydanına yığışan və devrilən prezidentin yenidən hakimiyyətə gəlməsini tələb edən "Müsəlman qardaşları” təşkilatı tərəfdarlarının polislə qarşıdurması baş verib. Onlar paytaxtın Helvan rayonunda polis məntəqəsinə silahlı hücum ediblər. Nəticədə 3 polis zabiti, həmçinin mülki vətəndaşlar həlak olub. Bundan əlavə, polis məntəqəsi yandırılıb, həmçinin digər zorakı əməllər törədilib.

Xəbər lenti