Xəzər Xəbər

Bağırsaqları çöldə doğulan körpə həkimləri dəhşətə gətirdi FOTOLAR

Dünya | 18:10 • 10 Oktyabr 2017
Bağırsaqları çöldə doğulan körpə həkimləri dəhşətə gətirdi

Böyük Britaniyanın Karmarten şəhərində bağırsaqları bədəninin üstündə dünyaya gələn körpə hamını heyrətə gətirib.

Qastroşizis diaqnozu qoyulan körpə həyatda qalmaq üçün mübarizə aparır. Bir növ qarın divarı xəstəliyi olan qastroşizis ana bətnində uşağın inkişafdan qalması səbəbindən baş verir. Uşağın bağırsaqları göbək bağı üzərində inkişaf etdiyi üçün dünyaya gələndə bağırsaqlar çöldə olur. Lakin bu prosesdə infeksiyaya yoluxma olmazsa, ölüm riski çox azdır.

Uşağın anası 21 yaşlı Xloye Ulets deyir ki, qızının yeni doğulduğu andakı vəziyyəti gözünün önündən getmir:

"Onu elə qanlar içərisində görmək mənə əzab verirdi. Bağırsaqları çöldə idi. Həkimlər deyir ki, bu çox nadir hallarda baş verir. Həkimlər dərhal bağırsaqlarını balaca bədəni üzərində bir yerə toplayıb onu 7 gün küvezdə saxladılar”.

Həkimlər uşağın vəziyyəti stabilləşdikdən sonra əməliyyatla bağırsaqları qarının içinə yerləşdiriblər. 14 gün sonra uşaq ailəsi ilə evə buraxılıb./publika.az






Rubrikanın digər xəbərləri

Xəbər lenti