Xəzər Xəbər

Rusiya Bankı Tambov rublu zərb edib

Dünya | 17:23 • 10 Oktyabr 2017
Rusiya Bankı Tambov rublu zərb edib

Rusiya Bankı bu gün "Rusiya Federasiyası" seriyası çərçivəsində Tambov vilayətinin gerbinin təsvir olunduğu 10 rubl nominalında 10 milyon xatirə pulu dövriyyəyə buraxıb.


AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, pulun arxa tərəfində regionun gerbi təsvir olunub. Mərkəzi Bank bildirir ki, bu, "Rusiya Federasiyası" seriyası çərçivəsində 2005-cü ildən zərb olunan 43-ci puldur. "Tambov onluğu" Rusiya ərazisində nağd ödənişlərin qanuni vasitəsi sayılır.

Xəbər lenti