Xəzər Xəbər

Türkiyədə prokuror iş otağında polis tərəfindən güllələndi

Dünya | 16:57 • 10 Oktyabr 2017
Türkiyədə prokuror iş otağında polis tərəfindən güllələndi

Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunun prokuroru Qədir Küçükönər silahlı hücuma məruz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, prokurora iş otağında atəş açılıb.

Hadisə nəticəsində Q.Küçükönər ağır vəziyyətdə helikopterlə xəstəxanaya yerləşdirilib.

Hadisənin prokurorluqda çalışan polis məmuru tərəfindən törədildiyi bildirilir. Qeyd olunur ki, iş otağında prokurorla polis arasında mübahisə olub. Bu zaman polis üzərindəki xidməti silahından atəş açaraq prokuroru ağır yaralayıb.  

İnsidentlə bağlı araşdırma başlayıb.

Xəbər lenti