Xəzər Xəbər

Böyük Britaniya dəyirmi 1 funt-sterlinqdən imtina edir

Dünya | 16:52 • 10 Oktyabr 2017
Böyük Britaniya dəyirmi 1 funt-sterlinqdən imtina edir

Böyük Britaniya hökuməti dəyirmi 1 funt-sterlinqi dövriyyədən çıxarmaq qərarına gəlib. Britaniyalılar köhnə pulları yeniləri ilə həftə sonunadək dəyişə biləcəklər.


AZƏRTAC "psm7.com"a istinadla xəbər verir ki, Britaniya xəzinəsi oktyabrın 15-dək köhnə funt-sterlinqdən tamamən imtina edəcək.


Köhnə dairəvi pulların əvəzinə eyni nominalda 12 bucaq pullar dövriyyədə olacaq. Pullar ağ və sarı metaldan hazırlanıb.


1983-ci il aprelin 21-dən dövriyyədə olan dairəvi 1 funt-sterlinq Böyük Britaniyanın bütün ərazisində hələ ki, qanuni ödəniş vasitəsi sayılır. Britaniya xəzinədarlığı və Kral Zərbxanası əhalini köhnə pullarını tez bir zamanda xərcləməyə və ya yenisi ilə dəyişməyə çağırır.

Xəbər lenti