Xəzər Xəbər

El Pais: İspaniya naziri Kataloniya rəhbərliyini qiyamda ittiham edib

Dünya | 16:50 • 10 Oktyabr 2017
El Pais: İspaniya naziri Kataloniya rəhbərliyini qiyamda ittiham edib

İspaniya hökuməti Kataloniyanın hakimiyyət orqanlarını hüquqi dövlətə qarşı qiyam qaldırmaqda ittiham edib.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən məlumat verir ki, bu fikri çərşənbə axşamı günü iqtisadiyyat naziri Luis de Gindos Xurado səsləndirib. El Pais qəzeti onun aşağıdakı sözlərini sitat gətirib: "Biz finişə doğru gedirik, indi hər şey Karles Puçdemondan (Kataloniya lideri) asılıdır”. O əlavə edib ki, bütün Avropa İttifaqı İspaniya hökumətinin mövqeyini dəstəkləyir. "Bu, müstəqillik məsələsi deyil, bu, İspaniya və Avropanın mövcudluğunun əsasını təşkil edən hüquqi dövlətə qarşı üsyandır”, - nazir belə deyib. O, eyni zamanda ümid etdiyini bildirib ki, sağlam təfəkkür qayıdacaq.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 18:00-da Kataloniya liderinin parlamentdə çıxışı gözlənilir. Hələlik çıxışda nədən söhbət gedəcəyi dəqiq məlum olmasa da, Kataloniyanın İspaniyanın tərkibindən çıxması prosedurunun işə salınacağı istisna edilmir.

Xəbər lenti